İLQAR ALTAY
Azərbaycanda növbəti 2018-ci il prezident seçkilərinin Konstitusiyada göstərilən və hamının 5 ildir gözlədiyi konkret təqvim ūzrə 17 oktyabrda deyil, növbədənkənar 6 ay əvvəl 11 apreldə keçirilməsi dərin təəccūb, narahatçılıq, nigarançılıq və həm narazılıq da yaradıb. Ölkənin, dövlətin taleyinə biganə olmayan düşüncəli insanlarda, eynilə bir aktiv ictimai şəxs və elmi dərəcəli hūquqşūnas kimi məndə də bu seçkilərin təyini, qanuniliyi, keçirilmə proseduru barədə bir sıra vacib suallar yaranır. O suallar ki, onlara aydınlıq gətirilməsə, bu növbədənkənar seçkilərin legitimliyi və ūmimiyyətlə, yeni icra-prezident hakimiyyəti formalaşması prinsipləri kimi çox mūhūm dövlətçilik məsələləri qaranlıq qalır.
Ona görə də həm seçib-seçilmə hūququna malik yetkin Azərbaycan vətəndaşı, həm prezidentliyə namizədliyə iddialı şəxs, həm də bir hūquqşūnas alim kimi neçə gūndūr növbədənkənar seçkilərlə baglı qanunvericiliyi araşdırır, həm də prezidentin 5 fevral sərəncamından bəri aparılan būtūn proses və prosedurların mūşahidəsini aparıram. Apardığım ilkin tədqiqat növbədənkənar seçkilər barədə ciddi suallar yaratdığı halda, Dövlət Başçısına, Konstitusiya Məhkəməsinə və Mərkəzi Seçki Komissiyasına ölkə, dövlətçilik naminə obyektiv, qərəzsiz və konstruktiv mahiyyətli mūraciətlərim olacaq.
Bu ölkə, bu dövlət birinci şəxsdən tutmuş sonuncuyadək hamınındır və bu ölkənin, bu dövlətin hakimiyyət idarəçiliyinin formalaşması uğuru və uğursuzluğundan yaranan məsuliyyət payı da hamının ūzərinə dūşūr.
İCTİMAI TƏDQIQATLAR MƏRKƏZI.
15. 02. 2018.