Şəxsiyyət vəsiqəsinə görə dövlət rüsumu azaldıla bilər- Bu şəxslər üçün

0
3
Azərbaycanda 15 yaşdan aşağı vətəndaşlar üçün şəxsiyyət vəsiqəsinin alınması və dəyişdirilməsinə görə dövlət rüsumlarının azaldılması planlaşdırılır.

Trend-in məlumatına görə, bu, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan “Dövlət rüsumları haqqında” qanuna dəyişikliklərdə nəzərdə tutulur.

Dəyişikliklərə əsasən, 15 yaşdan aşağı vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün rüsumlar aşağıdakı kimi olacaq:

– 10 iş günü ərzində veriləcəyi təqdirdə – 4 manat:

– 3 iş günü ərzində veriləcəyi təqdirdə – 20 manat:

– 1 iş günü ərzində veriləcəyi təqdirdə – 25 manat:

Hazırda bu rüsumlar müvafiq olaraq 5, 25 və 35 manat təşkil edir.

Dəyişikliklər 15 yaşdan yuxarı şəxslərə şamil olnumayacaq. Həmin şəxslər şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi üçün 35 manatadək rüsum ödəyəcəklər.

Dəyişikliklər qəbul olunacağı təqdirdə 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minəcək.