“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə şahidlər dindirilib.
Sveta Qarayeva deyib ki, mərhum əri Bayram İsmayılov bu işdə zərərçəkmiş kimi tanınıb: “Gündüz ərimə saxta jurnalist vəsiqəsi vermişdi. Sonra da yoldaşımdan 33 min manat alıb, deyib ki, jurnalistlər üçün tikilən binadan ona ev verəcək. Bayram taski sürücüsü idi. Amma jurnalistlərə ev veriləndə bildik ki, Gündüz bizi aldadıb. Onu axtarmağa başladıq, telefonuna zəng çatmırdı”.
G.Hüseynovun iş yoldaşı olan Xalidə İsmayılova da jurnalistlərin binasından ev almaq üçün ona pul verdiyini deyib: “Qəzetdə anamın imzası ilə yazılar verirdim. Gündüzə 41 min 500 manat verdim, əvəzində mənə jurnalistlərin binasından ev verəcəkdi”.
G.Hüseynov isə pulların başqa şəxsdə olduğunu deyib: “Xalidə xanımın pullarını Xəyyam İsmayılov “yeyib”.
Proses fevralın 20-də davam etdiriləcək.