Dişləri ağappaq edən TƏBİİ DİŞ MƏCUNU. Evdə özünüz hazırlayın!

0
4

Stomatoloqlar dişlərin gündə iki dəfə fırçalanmasını məsləhət görürlər. Satılan bir çox diş məcunlarının tərkibindəki maddələr nəinki dişlərimiz, sağlamlığımız üçün də ziyanlıdır.

Azertag.az bildirir ki, aktivləşdirilmiş kömür, Hindistan cevizi yağı və yumurta qabığı tozunun qarışığından evdə asanlıqla təbii diş məcunu hazırlamaq olar. Satılan diş məcunlarından daha faydalı olan bu qarışıq dişlərə və diş ətinə zərər vermir.

Belə ki, həmin qarışığı hazırlamaq üçün yarım çay qaşığı aktivləşdirilmiş kömür, 1 xörək qaşığı yumurta qabığının tozu və eyni miqdarda Hindistan cevizi yağı lazımdır. Məhlul tam həll olana qədər qarışdırılır və havakeçirməz bir qabda saxlanılır.

Alınan qarışığın istifadəsi də çox sadədir. Diş fırçaya çay qaşığı miqdarında təbii diş məcununu əlavə etmək və dişləri hər zamankı kimi fırçalamaq lazımdır. Dişlərin ön və arxasını eyni dərəcədə fırçaladıqdan sonra ağız ilıq su ilə yaxalanmalıdır. Təbii diş məcununu hər gün istifadə etmək olar.

Tərkibində aktivləşdirilmiş kömür olan diş məcununun faydaları nələrdən ibarətdir? Belı ki, kömür dişlərdəki ləkəni azaltmaqla, onların ağarmasına kömək edir. Ağızdakı pH balansını tənzimləyir və ağız qoxusunun qarşısını alır. Kalsiumla zəngin olan yumurta qabığının tozu dişləri gücləndirmək və yeniləmək qabiliyyətinə malikdir. Hindistan cevizi yağı diş gigiyenasını qoruyur, ağız qoxusu, diş çürüməsi, diş əti iltihabı, diş həssaslığının aradan qaldırılmasına yardım edir. Evdə hazırlanmış təbii diş məcunu kariyesin əmələ gəlməsini azaldır və dişləri ağardır.