AMİP prezident seçkilərində iştirak etməyəcək…

0
3

 

Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının növbəti iclası keçirilib. 11 aprel 2018-ci ildə keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın iştirak məsələsi iclasın müzakirəsinə çıxarılıb.

Geniş və hərtərəfli müzakirələrdən sonra AMİP Siyasi Şurası 11 aprel 2018-ci ildə keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkilərində partiyanın iştirakını məqsəduyğun saymayıb.

Belə ki, hazırki qeyri-bərabər rəqabət mühiti, seçki komissiyalarının hakimiyyətin tam nəzarətində olması və partiyanın maliyyə resuruslarının məhdudluğu AMİP-in prezident seçkilərində iştirakına imkan vermır.

AMİP Siyasi Şurası hesab edir ki, ölkədə seçkilərə münasibətin müsbət istiqamətə dəyişməsi və demokratik mübarizə şəraitinin yaradılması Azərbaycanın beynəlxalq imicini daha da məhkəmləndirə bilər. AMİP bu məsələlərlə əlaqədar ölkədə fəaliyyət göstərən bütün siyasi təşkilatlarla müzakirələr aparmağa və əməkdaşlığa hazır olduğunu bəyan edir.

 

AMİP MƏTBUAT və İNFORMASİYA XİDMƏTİNİN M Ə L U M A T  I