Seçkini müşahidə etmək üçün ATƏT Azərbaycana dəvət olundu –Açıqlama

0
3

Azərbaycan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna prezident seçkilərini müşahidə etməklə bağlı dəvət göndərib.

Bu barədə APA-ya ATƏT DTİHB-nun mətbuat ofisindən məlumat verilib. Bildirilir ki, hazırda ehtiyacların qiymətləndirilməsi missiyasının formalaşdırılması ilə bağlı işlər aparılır: “Planlaşdırma davam etdiyi üçün hələlik onların səfəri və tərkibi barədə məlumat yoxdur”.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.