İsa Həbibbəyli:”Orta təhsillə bağlı qanun layihəsi hazırlanacaq”

0
4
“Orta ümumtəhsil məktəbləri haqqında” qanun layihəsinin hazırlanması üçün ilkin hazırlıq işlərinə yaz aylarında başlanılacaq.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, “Orta ümumtəhsil məktəbləri haqqında” qanun layihəsini hazırlamaq üçün yaz aylarında işçi qrupunun yaradılması və ilkin hazırlıq işlərinə başlanılması nəzərdə tutulur.

İ.Həbibbəyli parlamentin yaz sessiyası ərzində “Peşə təhsili haqqında” qanun layihəsinin müzakirələrini yekunlaşdırılaraq sənədi tam hazır etmək nəzərdə tutulur:

“Milli Məclis tərəfindən “Peşə təhsili haqqında” qanun layihəsi 1-ci oxunuşda qəbul edilib. Yaz sessiyasında qanun layihəsinin həm komitədə, həm də plenar iclaslarda müzakirələrini keçirərək onu tam hazır etmək nəzərdə tutulur. Hər iki qanun layihəsi 2018-ci ilin Elm və təhsil komitəsinin əsas fəaliyyət istiqamətləridir”.