Türkiyədə “Sibir qarayarası” xəstəliyinə yoluxma şübhəsi ilə 73 nəfər xəstəxanaya yerləşdirilib.
APA-nın məlumatına görə, bu barədə Türkiyə “Akşam” qəzeti məlumat yayıb.
Qəzet yazıb ki, Trabzon rayonunun Akçaabat qəsəbəsində 3 nəfərin artıq bu virusa yoluxduğu təsdiqlənib, 39 yaşlı Fatma Çakır həyatını itirib. Qəsəbə sakinlərinin “Sibir qarayarası”na yoluxmuş inək ətindən istifadə etmələri nəticəsində bu xəstəliyə yoluxduqları ehtimal edilir