Alimlər xərçəng xəstəliyinə qarşı yeni preparat hazırlayıblar- Şişləri bir neçə gün ərzində məhv edir

0
3
Stenford Universitetinin tədqiqatçıları xərçəng xəstəliyinə qarşı preparat hazırlayıblar. Dərman üzərində aparılan testlər uğurla nəticələnib.

Azərtac “Medikforum” saytına istinadla xəbər verir ki, ilk olaraq gəmiricilər üzərində sınaqdan keçirilən preparat xərçəng hüceyrələrinə güclü təsir göstərib. Belə ki, preparat immun hüceyrələrini müəyyən olunmuş şişlərə “istiqamətləndirir” və onları bir neçə gün ərzində məhv edir. Tibb işçilərinin indiyədək istifadə etdikləri dərmanlarla bunu həyata keçirmək qeyri-mümkün idi. Bundan əlavə, maddələrin uyğunluğu vacib amillərdəndir. Dərman molekulları ayrı-ayrılıqda xərçəngə təsir etmir. Lakin onlardan bir yerə toplanmış halda istifadə etdikdə funksiyalarını dəyişə və xəstə orqanizmə təsir göstərə bilərlər.

Yeni dərman xərçəng xəstəliyinin immunoterapiya vasitəsilə müalicə üsullarının axtarışı çərçivəsində yaradılıb. Bu üsulun tətbiqi insan immunitetini fəallaşdırmaq, onu xərçəng hüceyrələrinə qarşı işləməyə məcbur etmək və onları müstəqil məhv etmək məqsədi daşıyır. Bu, xəstəliyin müalicəsində ən ağrısız üsuldur.

Gələcəkdə testlər insanlar üzərində də keçirilə bilər.