Nazirlikdən “məktəbdə narkotik paylanır” şaiyəsinə reaksiya:“Cəfəngiyyatdır”

0
4

Təhsil Nazirliyi orta məktəblərin həyətlərində şagirdlərə konfet formasında narkotik vasitələrin paylanılması barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə bildirib ki, indiyədək heç bir məktəbdə uşaqlara konfet formalı vasitələrin paylanılması halı qeydə alınmayıb: “Belə məlumatların heç bir əsası yoxdur, cəfəngiyyatdır”.

Qeyd edək ki, dünəndən “WhatsApp” messenceri vasitəsilə insanlara məktəblərin həyətlərində şagirdlərə konfet formasında narkotik vasitələrin paylanılması barədə məlumatlar göndərilir. Məlumatlarda deyilir ki, Bakının 23 saylı orta məktəbində şagirdlərə belə “konfet”lər paylanılıb. Ağızda şişərək partlayan bu vasitənin digər məktəblərdə də şagirdlərə paylanılması təhlükəsinin olduğu bildirilir.