Azərbaycan prezidentini təhqir edən türk radiosu cəzalandırıldı –QƏRAR

0
5

Türkiyədə fəaliyyət göstərən radionun efirində yayımlanan “Matrax” proqramında Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevaya qarşı təhqiramiz ifadələr işləndiyinə görə cəzalandırılıb.

Minval.info “Anadolu”ya istinadən xəbər verir ki, Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) “Show Radio”sunu cərimələyib. Cərimənin məbləği isə şirkətin gəlirlərinin 5 faizinə bərabərdir.

Eyni zamanda, bu kimi hala 1 il ərzində yol verilərsə, proqramın yayımı 10 dəfə dayandırılacaq. O cümlədən,   proqramın ləğv ediləcəyi bildirilir.