Aydın Əliyevdən Vergilər Nazirliyinə birləşmə təklifinə reaksiya:“Nə qərar verilsə, onu icra edəcəyik”

0
3
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev rəhbərlik etdiyi qurumun Vergilər Nazirliyi ilə birləşdiriləcəyi ilə bağlı son vaxtlar yayılan şaiyələrə münasibət bildirib.

“Report”un məlumatına görə, komitə sədri qeyd edib ki, bu məsələ hökumətdə təhlil edilməli və ondan sonra qərar verilməlidir: “Bir çox ölkələrdə gömrük orqanları müstəqil, bəzi ölkələrdə isə hansısa qurumun tərkibindədir. Gömrükçülər bu ölkənin əsgərləridir – nə qərar verilsə, onu icra edəcəyik“, – DGK sədri bildirib.