134 ölkə və regionda ABŞ liderliyinə ehtiram 30 faiz civarında qərar tutub. Bu rəqəm Trampın son iki sələfi – Barak Obama və Corc Buşla müqayisədə daha aşağıdır.Ölkənin liderlik reytinqi Obamanın hakimiyyətinin son ilindəki 48 faizlik reytinqindən 18 faiz aşağı düşüb. Eyni zamanda hazırkı 30 faiz rəqəmi sabiq prezident Buşlun hakimiyyətinin son ilində əldə edilən 34 faizlik reytinqdən də aşağıdır.
Rəy sorğusu müəyyən edib ki, ABŞ liderilyindən narazılıq demək olar ki, ona müsbət münasibətin azalması qədər artıb. ABŞ liderliyindən narazılıq 14 faiz artaraq 43 faizə yüksəlib ki, bu da yeni rekorddur.
134 ölkə arasında bəyənmə reytinqləri 65 ölkədə kəskin azalıb. Bunların çoxu ABŞ-a müttəfiq yaxud tərəfdaş ölkələr hesab olunur.Bəyənmə reytinqləri Kanada, Norveç, Belçika, və Portuqaliya kimi ölkələrdə 40 faiz yaxud daha çox azalıb.
Yalnız dörd ölkədə ABŞ-ın liderlik reytinqləri qalxıb. Bunlar Liberiya (+17), Makedoniya (+15), İsrail (+14), və Belarusdur (+11).
İsraildə ölkə əhalisnin 67 faizi ABŞ liderliyini bəyənir. Bu rəqəm Buş dönəmində əldə olunan reytinqə oxşardır. Gallupın rəy sorğusu Tramp administrasiyasının Qüdsü İsrail paytaxtı kimi tanımasından əvvəl keçirilib. (Amerikanın Səsi)