Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər bu gün müalicə aldığı Mərkəzi Klinikadan evə buraxılıb.
Bu barədə “Report”a Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.
O bildirib ki, İsa Qəmbərin səhhəti normaldır, o, özünü yaxşı hiss edir: “İsa bəy müalicəsini ev şəraitində davam etdirəcək”.
İ.Qəmbərin həyat yoldaşı Aidə Qəmbər “Report”a deyib ki, hazırda İsa Qəmbər evdədir: “Hər şey qaydasındadır”.
Qeyd edək ki, ötən həftə Mərkəzi Klinikaya yerləşdirilən İ.Qəmbərin ürəyinə bir neçə stent qoyulub.