“Qafqazinfo” toyla bağlı bəzi məlumatları əldə edib. Məlum olub ki, toyun səbəbkarları Güləndam Əhmədzadə və Fərrux Həsənovdur.
Onların valideynlərinin kimliyi ilə bağlı məlumat verilmir. Hətta, toya dəvət olunan məşhurlara bu barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, Türkiyə mətbuatı Muradın Bakıdakı toydan aldığı qonorarın miqdarı barədə məlumat yayıb. Bildirilik ki, Boz azərbaycanlı iş adamından toyda iştrirak müqabilində 400 min dollar ( təxminən 700 min AZN) pul alıb.
İddia olunub ki, pop ulduz Türkiyədən Azərbaycana özəl təyyarə ilə gəlib.