Bu barədə Modern.az-a danışan iş adamı yeni il başlayandan danışıqlar apardığını deyib: “İl yenicə başlayıb. Bu ilin uğurlu olacağına inanıram. İnvestorlarla da danışıqlar gedir. İnşallah yaxşı olacaq”.
Qeyd edək ki, Hacı İbrahim bundan əvvəl Modern.az-a verdiyi açıqlamada 2016-cı ilin oktyabrın 1-dən etibarən işlərə başlayacağını desə də, bu vaxta qədər hansısa fəaliyyət nəzərə çarpmır.
“Xəzər Adaları” Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhər olmalıdır. Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılıb. Layihə “Avesta” şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxıb. Layihənin dəyəri 100 mlrd. dollar təşkil edir. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılır. Ada şəhərcikdə 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower ( Azərbaycan qülləsi) tikilməlidir (tikilərsə dünyanın ən hündür binası olacaq).
Burada eləcə də dünyanın ən böyük məscidinin tikilməsi planlaşdırılır. Bütün bu tikililərin 9 ballıq zəlzələyə davam gətirə biləcəyi söylənilir. Həmçinin 150 körpünün və 1 hava limanının tikilməsi də planlaşdırılır. Layihənin 2020-2025-ci illərdə başa çatması gözlənilir.