Azərbaycanda yanacağın qiyməti yenə qalxacaq? –Ekspertlərdən şərh + VİDEO

0
3

Son günlər ölkədə enerji daşıyıcılarının xüsusən də, avtomobil yanacaqlarının yenidən bahalaşacağı ilə bağlı şaiyələr yayılmaqdadır. Yayılan qeyr-rəsmi məlumatlara görə, dizel yanacağının satış qiymətlərində artım olacaq. 

Ötən ilin sonlarında tarif şurası tərəfindən yayılan rəsmi açıqlamada bildirilmişdi ki, yaxın aylarda aşağı oktanlı, xüsusəndə dizel yanacığının qiymətinin artımı ilə bağlı heç bir təklif irəli sürülməyib.

Ekpertlər isə enerji daşıyıcılarının qiymət artımı məsələsinin tarif şurasından çox, tələb və təklifdən aslı olduğu qənaətindədir.

İqtisadçı Vüqar Bayramlı dizel yanacağının qiymət artımı ehtimalının böyük olduğunu bildirsə də, indi reallıqda məbul saymır. Onun fikrincə, bu baş verəcəyi halda ölkədə bir çox xidmət sahəsində qiymət artımı labüd olacaq: “Bu isə ölkə iqtiasiyyatı üçün bir çox çətinliklər yaradacaq”.

Aşağı oktanlı 92 maraklı benzinin eləcə də, dizel yanacağının bahalaşacağı təqdirdə, avtomobil bazarına da təsirsiz ötüşməyəcək.

Jurnalist-ekspert Elməddin Muradlının sözlərinə görə, bu dizel avtomobillərinin bazardan sıxışdırılıb çıxarılması ilə nəticələnəcək.

Yayılan şaiyələrlə bağlı İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, məlumat əsassızdır və bununla bağlı quruma hər hansısa təklif daxil olmayıb/RegionTV.