Gür və sıx saçlar üçün MÖCÜZƏVİ YAĞ MASKASI

Axşam, yatmazdan əvvəl saç diblərini gənəgərçək yağı ilə massaj edin çalışın yağ bütün saç diblərinə dəysin, sonra saçlarınızı yağa tam batıraraq başınızı bağlayıb səhərə qədər yatın. Bunu həftədə 2 dəfə edin, hardasa 10 dəfə təsiri mükəmməldir. Saç diblərinə vuranda qulaq çöpü ilə kipriklərinizə və qaşlarınıza da vurun kipriklərin uzanmasına, qaşların sıxlaşmasına səbəb olacaqdır.

Başqa faydaları. Əgər üzünüzdə sızanaq varsa üzədə vura bilərsiniz, saç tökülməsinin qarşısını alır, təzə tökülən saçların bərpasına səbəb olur, kəpək əleyhinə təsiri var, saç dibindəki səpgiləri və qaşınmanı götürür, daban və qarın çatları varsa həmin nahiyyələrədə gənəgərçək yağını vura bilərsiniz.

Gənəgərçək yağının həmdə ağrıkəsici təsiri vardır, oynaq ağrılarında oynaqları bu yağla massaj edə bilərsiniz, gənəgərçək yağını səhərlər ac qarnına 1 çay qaşığı içmək qəbizliyin qarşısını alır.