İlkin məlumatlara əsasən yerli vaxtla 18:54-də Nardarandan 24 km şimalda Xəzər dənizində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, zəlzələ dəniz kənarı yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Zəlzələnin maqnitudası 2,7, dərinliyi 5 km olub.
Yeraltı təkanlar Sumqayıtda zəif hiss olunub.