Bakının Binəqədi rayonu ərazisində, “Dərnəgül” metrosunun ətrafındakı parkda onlarla ağac bir gecədə yoxa çıxıb.
Sakinlər Publika.az-a bildiriblər ki, gecə saatlarında bir neçə nəfər parka gələrək bəzi ağacları çıxardıb, bəzilərini isə kəsiblər. Kimliklərini gizlədən şəxslər sakinlərə ərazidə restoran tikiləcəyini söyləyiblər.
Həmin ərazidə Bakı Nəqliyyat Agentliyi tərəfindən Nəqliyyat Mübadilə Mərkəzinin yaradılması istiqamətində işlər görülür. Lakin BNA-dan bildirdilər ki, onlar ərazidəki ağaclara toxunmayıblar.
Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz həmişəki kimi uğursuz alındı.
Binəqədi rayon Bələdiyyəsi ilə də əlaqə saxladıq. Məlum oldu ki, məsələdən onların da xəbərləri yoxdur.
BakuPost