Gürcüstandan gətirilən maşınlarla bağlı yeni qayda- Sükanın yerinin dəyişdirilməsi qadağan olundu

0
3

Gürcüstan Respublikasında qəbul edilmiş yeni qərara əsasən, yanvarın 1-dən avtomobillərdə sükanın yerinin dəyişdirilməsi qadağan olunub.

Bu barədə “Novosti – Qruziya” xəbər yayıb.

Məlumata görə, hətta indiyə qədər sükanının yeri dəyişdirilən avtomobillərlə bağlı da problem yarana bilər. Saytın verdiyi məlumata görə, bu maşınlar bir daha texniki baxışdan keçirilməlidir.

Azərbaycanlı avtomobil alverçiləri ən çox Gürcüstana üz tuturlar. Və onların əksəriyyəti avtomobillərin sükanını sağdan sola keçirirdilər. Artıq onlar ölkəyə maşın gətirərkən bunu edə bilməyəcəklər.

Onu da qeyd edək ki, Gürcüstanda yeni qaydalara əsasən, 1 yanvar 2018-ci il tarixindən etibarən avtomobillər həm də məcburi qaydada texniki baxışdan keçiriləcək.(azvision.az)