Baş Prokurorluqdan Fatma Abdullazadə haqda yayılan xəbərə reaksiya:”Ölkədən çıxışına qadağa qoyulmayıb”

0
5
Baş Prokurorluq Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında  bəzi KİV-də Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib.

Qeyd edək ki, bu gün bəzi KİV-də Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması barədə məlumatlar yayılıb.