APA-nın “Hürriyyət”ə istinadən verdiyi məlumata görə, hadisə bu gün Bakı vaxtı ilə saat 9:00-da Qars ərazisində, Qarayurd-Kağızman yolunda baş verib. İstanbuldan Azərbaycana gələn “İğdır Turizm” şirkətinə aid 34 DY 9422 nömrə nişanlı avtobus sürücünün idarəetməni itirməsi səbəbindən aşıb.
Qəzada çoxu əksəriyyəti Naxçıvan Muxtar Respublikasının sakini olan 30 nəfər xəsarət alıb. Xəsarət alanlar Sarıqamış və Qarsdakı xəstəxanalara yerləşdirilib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
***
Qarsda sərnişin avtobusunun qəzaya uğraması zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən azərbaycanlıların vəziyyəti yaxşıdır.
Bu barədə Trend-ə Sarıqamış dövlət xəstəxanasından bildiriblər. Qeyd olunub ki, xəstəxanaya yerləşdirilən 28 azərbaycanlı yüngül xəsarət alıb: “Qəza nəticəsində avtobus şüşələrinin qırıntısı onların əksəriyyətinin üz nahiyəsinə yüngül kəsik xəsarəti yetirib”.