Azinforum.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirmə Şurasının üzvü, MNX-nin “Cərrahiyyə və orqan transplantasiyası” bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi keçirilən konfrasında deyib.
M. Kazımi bildirib ki, bu rəqəm özü komandanın profesionallığından və xəstələr tərəfindən olunan etibardan xəbər verir:
“Orqan transplantasiyasının həyata keçməsi üçün lazım olan amillərdən biri də donorlardır. Yəni xəstənin donoru olmazsa əməliyyat da baş tutmaz. Bütün dünyada ortaq problem donorların yetərsiz olmasıdır. Təəssüflər olsun ki, xəstələrin sayı artır, amma donorların sayı azdır və tərs mütənasıbdir.
Donor hovuzunun artırılma yollarından və ən çox yayılmış olanı meyit orqanlarından istifadədir. Bizə əməliyyat üçün müraciət edən xəstələrdən bəzilərinin müəyyən səbəbdən donorları yoxdur. Bu problemin həll yollarından biri də dunyada da nadir olunan çarpaz orqan transplantasiyasıdır.
Yəni xəstələr öz aralarında qan qrupları uyğun olacaq şəkildə donorlarını dəyişdirirlər. Bu əsasən II və III qan qruplarını daşıyan xəstələrə aiddir.
Bizim təcrübəmizdə də qan qrupu uyğun olmayan donorları olan xəstələr var. Donor problemini həll edib ən azından bu üsulla əməliyyat oluna biləcək xəstələr varsa onları əməliyyat etmək qərarına gəldik. Bizə müraciət edən və donorları uyğun olmayan xəstələrin əməliyyat olunma şansı olsun deyə çarpaz transplantasiya üsuluna müraciət etdik. Nəticə etibarı ilə bu xəstələr əməliyyat olunub sağlamlıqlarına qovuşdular. Eyni zamanda bu üsulla digər xəstələrə də əməliyyat olunma şansı yaranmış olur”.
Mərkəz Neftçilər Xəstəxanası mövzunun əhəmiyyətini nəzərə alaraq çarpaz əməliyyata dair film hazırlayıb. Filmdə Azərbaycan tibb tarixində bir ilkin baş verdiyi qeyd olunub.
“Qafqazinfo” həmin görüntüləri təqdim edir: