Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.
“Report” xəbər verir ki, qanuna 14.1-1-ci maddə əlavə edilib:
14.1-1. Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə: | |
14.1-1.1. on iş günü müddətində verildikdə | |
14.1-1.1.1. bir yaşınadək uşaqlar üçün | 20 manat |
14.1-1.1.2. bir yaşından üç yaşınadək uşaqlar üçün | 30 manat |
14.1-1.1.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün | 40 manat |
14.1-1.1.4. on səkkiz yaşına çatmış vətəndaşlara | 50 manat |
14.1-1.2. beş iş günü müddətində verildikdə | |
14.1-1.2.1. bir yaşınadək uşaqlar üçün | 30 manat |
14.1-1.2.2. bir yaşından üç yaşınadək uşaqlar üçün | 50 manat |
14.1-1.2.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün | 70 manat |
14.1-1.2.4. on səkkiz yaşına çatmış vətəndaşlara | 90 manat |
14.1-1.3. bir iş günü müddətində verildikdə | |
14.1-1.3.1. bir yaşınadək uşaqlar üçün | 50 manat |
14.1-1.3.2. bir yaşından üç yaşınadək uşaqlar üçün | 90 manat |
14.1-1.3.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün | 130 manat |
14.1-1.3.4. on səkkiz yaşına çatmış vətəndaşlara | 170 manat |