“ABŞ dənizdən bizi mühasirəyə almağa cəhd edərsə, şiddətli müdafiə tədbirləri görməyə məcbur olacağıq”.
Bu sözləri Şimali Koreyanın Xarici İşlər Nazirliyinin adı açıqlanmayan nümayəndəsi deyib.
O bildirib ki, bu addım müharibəyə təşviq kimi dəyərləndirilə bilər.
Qeyd edək ki, ABŞ mediası Prezident Donald Tramp administrasiyasının Şimali Koreyanı dənizdən mühasirəyə almaq planları üzərində çalışdığını bildirmişdi/Axar.az.