Azərbaycan iqtisadiyyatı geriləyib –Dövlət Statistika Komitəsi

0
6
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 63 071,3 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% azdır. Son 1 ildə əhalinin hər nəfərinə düşən ÜDM isə 1,2% azalaraq 6481,8 manat olub.

ÜDM-in 40,1%-i sənayenin, 10,1%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrinin, 8,8%-i tikintinin, 6,8%-i nəqliyyat və anbar təsərrüfatı, 5,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrinin, 17%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,7%-ni təşkil edib.

11 ay ərzində ölkədə 35 650,6 mln. manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da illik müqayisədə 3,8% azdır. O cümlədən qeyri-neft sənayesi üzrə məhsul istehsalı isə 3,5% artaraq 8 537,8 mln. manata yüksəlib.

İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4% artaraq 39570,3 mln. manata çatıb, neft bölməsində isə 5,1% azalaraq 23,501 mlrd. manata düşüb. (insider.az)