Lakin gecə bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 5-8° isti, gündüz 9-13° isti olacağı gözlənilir. Bakıda gecə 5-7° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-10° isti olacağı gözlənilir.