Ukraynada Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin məhkəməsi başlanıb.
Strateq.az bildirir ki, şüşə qəfəsə salınan sabiq prezidentin prosesini çoxlu sayda jurnalist izləyir.
M. Saakaşvili prosesdən əvvəl qısa bəyanatla çıxış edib.
Vəkillərin vəsatətindən sonra M.Saakaşvili şüşə qəfəsdən çıxarılıb. Eks-prezident vəkillərlə birgə oturub.
Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko məhkəmə prosesinə gəlib. O, M. Saakaşvili ilə görüşüb və onun yanında oturub.
“Mən oluqarxların məhbusuyam. Onlar məni bu qəfəsə salmaqla guya əylənirlər. Amma xalqın dəstəyi göstərdi ki, xalq heç nədən qorxmur”. Bu sözləri eks-prezident Saakaşvili məhkəmə zalında verdiyi qısa bəyanatında bildirib.