Seçkilərdə pulsuz efir vaxtı ləğv olunmayacaq –Milli Məclisin şöbə müdiri

0
3
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Seçki Məcəlləsinə dəyişikliklər müzakirə edilib.

İclasda qeydə alınmmış namizədlərin istifadə etdikləri pulsuz efir vaxtının, onlara dövrü nəşrlərdə pulsuz yer ayrılmasının ləğvinə dair fikirlər səsləndirilib.

Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyidməsələyə aydınlıq gətirib.

Şöbə müdiri bildirib ki, bununla bağlı Seçki Məcəlləsində nəzərdə tutulmuş pulsuz efir vaxtı, dövrü nəşrlərə pulsuz yerlər olduğu kimi qüvvədə saxlanılır: “Qeydə alınmmış namizədlərin istifadə etdikləri pulsuz efir vaxtının, dövrü nəşrlərdə pulsuz yerin dəyəri dövlət tərəfindən ödəniləcək. Bu Prezident, bələdiyyə, Milli Məclisə seçkilərin keçirilməsi və referendum üçün təşkilat qurumlarına aid məsələdir”.