Bunu “Report”a açıqlamasında Fələstin Dövlətinin Azərbaycandakı səfiri Naser Əbdül Kərim deyib.
Diplomat qeyd edib ki, bu qərar bütün sülh səylərini pozacaq və dünyada sülh və sabitliyə daha geniş böyük təsir göstərəcək.
Onun sözlərinə görə, bu, ekstremistlər üçün hədiyyə, beynəlxalq hüquqa, BMT-nin qətnamələrinə və insan haqlarına məhəl qoymayan işğalçı müstəmləkə hakimiyyəti üçün mükafatdır: “Əl-Qüds müsəlmanlar, xristianlar və yəhudilər üçün müqəddəs şəhərdir. Bu məkan İslamda və üzünü bu istiqamətdə tutub dua edən milyonlarla müsəlmanın qəlbində unikal yerdir. Eyni sözlər, dünyanın müxtəlif yerlərində olan xristianlar üçün də keçərlidir”.
Xatırladaq ki, dünən ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyıb və ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə göstəriş verib.