ABŞ azərbaycanlı iş adamı Rza Zərrab və ailəsinə yeni şəxsiyyət vəsiqəsi verəcək və başqa bir ölkəyə yerləşdirəcək.
ABŞ bunu Rza Zərrabın məhkəmə prosesində şahid qismində iştirak etməsinə qarşılıq olaraq edəcək.
Rza Zərrabın ABŞ məhkəməsi ilə əlbir olub şahid qismində iştirakı barədə razılaşmanın detalları məhkəmənin qeydlərinə əlavə edilib. Günahkarların və günahların bir-bir sıralandığı razılaşmada R.Zərrabın etdiyi 7 cinayətə toplamda 130 il həbs cəzası verilməsi də göstərilib.
Lakin Rza Zərrabın məhkəmə ilə əldə etdiyi razılaşmaya görə, ona, ailəsinə və sevdiklərinə hər hansı təhdid, zərər gəlmə ehtimalı olarsa, o, məhkəməyə müraciət edəcək və yeni şəxsiyyət vəsiqələri əldə edəcək.