Çoxunuz yəqin ki, bu problemlə üzləşmisiniz. Məsələn , 30 minlik səhifəniz var. Paylaşım edirsiz və etdiyiniz paylaşım cəmi səhifənin 3 vəya 5 faizinə çatır. Bəs yerdə qalan 97% insan hardadır? Sosial şəbəkədən artıq istifadəmi etmir ? Bütün bunların səbəblərindən yazacam.Mən 2008-ci ildən “Facebook”dan istifadə edirəm. O zamanlar, səhifələrdəki istifadəçi sayı çox az olsada bu adminlər üçün problem yaratmırdı. Hər hansı bir statusumuzu səhifəmizdə olan demək olar ki, hər kəs görürdü. Doğrudur , o zaman çatdırılma haqqında informasiya statuslarda indiki kimi aydın şəkildə görünmürdü. Ancaq statusun bəyənilmə sayından , rəylərdən və paylaşımlardan bunları görmək olurdu.2014-cü ilə çatdıqda isə “Facebook”da haqqında yazdığımız bu problem meydana çıxdı. Əslində buna problem demək olmaz. Hər nə qədər biz səhifə adminləri üçün problem sayılsa da.
Bəs bütün bunlara baxmayaraq ödənişsiz, çatdırılma sayını necə artırmaq olar ?
Bunun üçün dünyanın bir çox məşhur sosial şəbəkə menecerləri tövsiyyələr edir :
1. Paylaşımlarda link sayını azaltmağa çalışın. ( Yəni hər hansı saytın məlumatı paylaşanda çatdırılma birə on azalır)
2. Video paylaşımlara üstünlük verin. ( Son zamanlar ölkəmizdə də bunun şahidi oluruq. Ən mənasız videolara minlərlə bəyənmə gəlir )
3. Uzun statuslar yazmayın. ( Statuslarda hərf sayı maksimum 70 olsun)