Trampın müşaviri:”Rusiya ilə sərt danışmağın vaxtı çatıb”

0
3

“ABŞ Rusiyanın Suriya hökuməti ilə bağlı siyasətini qətiyyətlə qınayır. Bu siyasət bütün dünyada böhrana gətirib çıxarıb”.

“Amerikanın səsi”nin  verdiyi xəbərə görə, bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster deyib.

General Makmaster bildirib ki, Rusiyanın Bəşər Əsədi dəstəkləməsi vətəndaş müharibəsinin uzanmasına və böhranın İraqa, qonşu ölkələrə, Avropaya yayılmasına səbəb olub: “Rusiyanın bu qorxunc rejimə dəstəyi məsələsini qaldırmaq lazımdır. Ona görə də, məni düşünürəm ki, Rusiya ilə sərt danışmağın vaxtı çatıb”.