Güzəştli mənzillərin satışı üçün alqı-satqı müqavilələrinin forması təsdiq edildi

0
3
Ölkə başçısının 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq olunmuş Qaydanın 7-ci hissəsinə uyğun olaraq güzəştli mənzillərin satışa çıxarılması məqsədi ilə alqı-satqı müqavilələrinin nümunəvi formaları Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi və “Azərbaycan İpoteka Fondu” ASC tərəfindən müəyyən edilir.

Bu Fərmanın icrasını təmin etmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Alqı-satqı müqaviləsi”nin, “Azərbaycan İpoteka Fondu” ASC tərəfindən isə “Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsi”nin nümunəvi formaları mənzillərin satışının rəsmiləşdirilməsi prosesində iştirak edən aiddiyyatı tərəflərlə razılaşdırılmaqla təsdiq edilmişdir.

Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsi”ni imzalayan vətəndaşlar Azərbaycanda ilk dəfə olaraq mənzilin qabaqcadan qeydiyyat sənədi (Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış) əsasında, həmin mənzili girov qoyaraq “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əməkdaşlıq edən müvəkkil bankların təqdim etdiyi güzəştli ipoteka kreditlərindən yararlana biləcəklər.

Alqı-satqı müqaviləsi”nin və “Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsi”nin notariuslar tərəfindən tətbiqi mənzillərin satışı prosesində əlavə vaxt itkisinin qarşısını alacaq, alıcıların rahatlığını təmin edəcək, həmin müqavilələrin asanlıqla təsdiq edilməsinə şərait yaradacaq.