“Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyirik”.
Bunu Avropa İttifaqının genişləndirmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han Şərq tərəfdaşlığı sammiti çərçivəsində təşkil olunmuş press tur iştirakçıları ilə görüşdə deyib.
“Bu yaxınlarda Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilən görüşü, habelə xarici işlər nazirlərinin görüşü müsbət addımdır. Bu istiqamətdə bütün səyləri dəstəkləyirik”, – deyə o, vurğulayıb/APA.