Dağlıq Qarabağda mina partlağışı nəticəsində üç erməni hərbçi ölüb, biri yaralanıb.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hadisə noyabrın 21-də saat 18.35-də baş verib.
İşğalçı ordunun hərbi hissələrindən birində minanın partlaması nəticəsində Geqam Zakaryan (1995-ci il təvəllüdlü), Sarkis Abramyan (1998-ci il təbəllüdlü) və Sarkis Məlikyan (1997-ci il təvəllüdlü) ölüb.
Daha bir hərbçi Harek Oveyan (1997-ci il təvəllüdlü) yaralanıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.