Leonardo Da Vinçinin “Dünyanın xilaskarı” rəsm əsəri Nyu-Yorkda hərracda 400 milyon dollara satılıb.
Hərracdan əvvəl ekspertlər tərəfindən əsərə 100 milyon dollar qiymət qoyulub.
Qeyd edək ki, İsa peyğəmbərin təsvir olunduğu rəsm əsəri 2013-cü ildə rusiyalı milyarder Dmitri Rıbolovlevin trast fondu tərəfindən 127,5 milyon dollara satın alınmışdı.
Rəsm əsərinin yeni sahibinin adı açıqlanmayıb/Trend.