Xəbər verildiyi kimi, ötən gündən etibarən bəzi KİV-lərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun beyin insultu keçirməsi ilə bağlı xəbərlər yayılıb.
Strateq.az unikal.org-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov barəsində yayılan “informasiyaya” belə münasibət bildirib:
“Mən, hazırda işimin başındayam. Səhhətimdə heç bir problem yoxdur. Hazırda müdrüklükdən müqəddəslik zirvəsinə qədər ucalmış, Ulu Öndər Heydər Əliyevin ziyarətdən gəlirəm. Mən nəinki şeytanın mələyə çevirmək istəyənlərə, özləri ilə bacaran, taleyləri ilə razılaşan insanlarla birlikdə, hətta şeytana da sağlam və xoşbəxt həyat diləyirəm. Nə olub axı… Xəstələnməmişəm. Sağlam insana şəfa diləməzlər. Məni sevən və sevməyən insanlara xoşbəxt həyat, can sağlığı arzu edirəm.”