İranda zəlzələ qurbanlarının sayı 339-a çatıb.
“RİA Novosti”nin verdiyi məlumata görə, bu barədə ölkənin Kirmanşah əyalətinin tibb xidmətinin yaydığı xəbərdə deyilir.
Bildirilir ki, yeraltı təkanlar nəticəsində 2530 nəfər yaralanıb. İraqda isə zəlzələ nəticəsində 8 nəfər ölüb, 400-dən çox adam yaralanıb. (APA)