Hər gün dünyada aclıqdan 30 min gənc ölür və 7 min gənc QİÇS virusuna yoluxur.
Azərtac xəbər verir ki, bu barədə noyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V Məclisində qurumun sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev məlumat verib.
AHİK sədri əlavə edib ki, dünyada işçi qüvvəsinin dörddəbirini gənclər təşkil etdiyi bir vaxtda işsizlərin yarısı məhz onların payına düşür. Əmək bazarları gənclərin yaxşı perspektivli işlərlə təmin edilməsində böyük çətinlik çəkir. Hazırda dünyada 29 yaşa qədər 3 milyarddan çox insan var. Onların yarım milyarddan çoxu yoxsulluq şəraitində yaşayır.