Bu yumurtaları ƏSLA ALMAYIN! – Kənd yumurtası deyil, SAXTADIR

0
4

Saxta zeytun yağı, saxta pendirdən sonra indi də hiyləli yumurtalar bazarlarda peyda olub.

Hiylənin kökünü tapandan sonra siz həm pulunuza qənaət edəcək, həm də sağlamlığınızı qoruyacaqsınız.

Çünki, bu yumurtalar təmiz yumurta ilə müqayisədə dəfələrlə baha satılır. Belə ki, yumurtanın üstü kirli olması alıcıda onun təbii olması düşüncəsini yaradır. Ancaq vəziyyət elə deyilmiş.

Mütəxəssislər bu qidaların daha çox təhlükəli və zərərli olduğunu bildirir. Saman və heyvan nəcisinə qarışdırılan bu yumurtaları yuyanda bu maddələrin məsamələrdən içəri sızması ehtimalı var. Yumurta sındırılanda da bu maddələr onun içinə girə bilər. Bu da insan sağlamlığı üçün çox təhlükəli məqamlardandır. Proteinlə zəngin və ən ucuz qidalardan olan yumurtanı alanda mütləq onun təmiz olmasına diqqət edin. Ən əsası, yumurtanı etibar etdiyini yerdən alın.

Əsl kənd yumurtasını necə tanımalı?

– yumurtaların ölçüsü bir-birindən fərqli olur. Bu normaldır.
– əsl kənd yumurtası tərtəmiz olmaz, yuyulanda belə kir üzərindən getməz.
– kənd yumurtası daha tez bişər
– sarısı çox tünd olar
– qida dəyəri daha yüksəkdir.

Kənd yumurtası olmayanlar isə əksinə…
– yumurtaların hamısı eyni ölçüdə olar.
– sarısı açıq rənglidir.
– daha gec bişər
– yəbii ki, qida dəyəri çox aşağıdır.