Son zamanlar arıqlaması ilə gündəm olan müğənni Sibel Can sirrini sevənləri ilə bölüşüb.
Axsam.az bildirir ki, ifaçı 3 aydır diyetoloqun onun üçün hazırladığı yeməkləri yediyini bildirib: “Həftənin 4 gününü meyvə və tərəvəzlərdən hazırlanmış salatlar yeyirəm. Mütləq bir saat gəzib, daha sonra bir saat üzürəm. Su da arıqlamaq üçün çox əhəmiyyətlidir”.
Məlum olub ki, sağlam yemək yeyən Sibel son 7 həftədə 10 kiloqram arıqlayaraq 62 kiloqram olub.