“Turan” İnformasiya Agentliyinə və agentliyin direktoru Mehman Əliyevə qarşı cinayət işinə xitam verilib.
Bu barədə Mehman Əliyevə Baş Prokurorluqda bildiriblər.
Strateq.az xəbər verir ki, bu gün baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşən agentlik direktoru Mehman Əliyevə artıq qərar təqdim edilib.
Xatırladaq ki, Vergilər Nazirliyi M.Əliyevə qarşı 37 min manatlıq vergi sanskiyası tətbiq etməklə yanaşı, ona və agentliyə qarşı cinayət işi açmışdı. Mehman Əliyev avqustun 24-də həbs olunsa da, az sonra azadlığa buraxımışdı. Lakin sentyabrın 11-də ona qarşı “başqa yerə getməmək” haqqında qətimkan tədbiri seçilmişdi.