Strateq.az bildirir ki, bu sözləri “Eurasia Diary”ə müsahibəsində Rusiyanın siyasi və ictimai xadimi, Rusiya Federasiyasının İctimai Palatasının üzvü Georgi Fyodorov Moskva və Yerevan arasında birgə ordunun yaradılması ilə bağlı sazişi şərh edərkən deyib. Onun sözlərinə görə, Qafqaz, Qara dəniz akvatoriyası -strateji sahələrdir. Ukraynadakı münaqişənin başlamasından sonra ABŞ və NATO ölkələri Qara dənizə daha çox diqqət verib. Rusiya və Türkiyə arasında tərəfdaşlıq sazişlərinin bağlanmasına baxmayaraq, Ankara Moskvanın geosiyasi rəqibidir: “Türkiyə ilə Ermənistan arasında dostluq və ya tərəfdaşlıq adlandırıla bilməyən münasibətlər haqqında nə deyə bilərik? Mövcud şərait və ümumi geosiyasi vəziyyəti nəzərə alsaq, bu qruplaşma məntiqi həll variantıdır”.
Fyodrov bununla yanaşı qeyd edib ki, belə qrup Qarabağ münaqişəsinə nəzərən yaradılmayacaq: “Dağlıq Qarabağda qruplaşma olmayacaq, çünki bu Ermənistan və Azərbaycan üçün çox ağrılı bir sahədir. Rusiyada bu başa düşülür və bu bölgədə təhlükəli təxribatların yaranmasını istəmir”.
Ekspert bildirib ki, Azərbaycanla Ermənistan arasında müharibənin başlanması ehtimalı çox azdır: “Müharibə tərəflərin heç biri üçün sərfəli deyil çünki, potensial silahlı münaqişə regionda fəlakətli nəticələrə səbəb ola bilər. Bu həm İrəvan, həm də Bakı tərəfindən başa düşülür. Bununla yanaşı, nə Ermənistan, nə də Azərbaycan uzun sürən müharibə aparmağa imkan verəcək iqtisadiyyata malik deyil”.