Çovdarov və keçmiş MTN-çilərə hökm oxundu –Əmlak müsadirə olundu, general rütbəsi alınır + Cəzalar

0
6
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Milletim.info “Report”a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən iclasda təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət işi üzrə zərərçəkmişlərin vurulmuş mənəvi zərərin tutulması barədə mülki iddiaları təmin edilməyib.

Cinayət işi üzrə 16 nəfər mənəvi zərərçəkmiş şəxs qismində tanınıb.

Təqsirləndirilən şəxslərdən Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il , Akif Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

APA isə xəbər verir ki, məhkəmə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun general rütbəsinin alınması ilə bağlı ölkə prezidentinə təqdimat göndəriləcək.

Bundan başqa həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun 33 milyon manat məbləğində əmlakı müsadirə olunacaq.

Hökmə əsasən, məhkəmə Akif Çovdarovun ailə üzvlərinin yaşadığı evdən başqa, digər mülklərinin zərərçəkmişlərin xeyrinə müsadirə olunması barədə qərar çıxarıb.

DTX-nın təqsirləndirilən şəxslərə qarşı qaldırdığı mülki iddia 3 milyon manatsəviyyəsində təmin olunub.

Bu barədə Sabunçu Rayon Məhkəməsində Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə bu gün keçirilən prosesdə qərar qəbul olunub.