“Azərkosmos” “İnterAz”ın yayımının dayandırılmasının səbəbini açıqlayıb.
“Azərkosmos” ASC “İnterAz” televiziya kanalının “Azerspace-1” peyki üzərindən yayımının dayandırılmasına münasibət bildirib. “Azərkosmos” ASC-nin mətbuat xidmətindən bildirilib ki, “İnterAz” televiziya kanalı “Azərkosmos” ASC ilə imzalanmış müqavilə üzrə öhdəlikləri yerinə yetirməyib. Buna görə də televiziya kanalının “Azerspace-1” peyki üzərindən yayımı dayandırılıb. Qeyd edək ki, ötən həftədən etibarən telekanalın yayımı dayanıb. “İnterAz”-dan mətbuata bildirilib ki, telekanalın yayımında yaranan problem texniki nasazlıqla bağlıdır.
Xatırladaq ki, telekanalın baş ofisi Moskvada yerləşir. Telekanal Azərbaycan və rus dillərində verilişlər yayımlayır. “İnterAz” telekanalı “Azerspace-1” peyki vasitəsilə yayımlanır.(APA)