“Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündə danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görmək və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa dair razılaşmasını alqışlayırıq”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O qeyd dib ki, Rusiya ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini dəstəkləyir: “Hazırda həmsədrlər Azərbaycan və Ermənistan XİN başçılarının görüşü üzərində işləyir. Təəssüflər olsun ki, münaqişə zonasında vəziyyət mürəkkəb olaraq qalır. Bakı və İrəvanı razılaşdırılmamış məsələlərin düyününün açılmasına konstruktiv yanaşmağa çağırırıq”.