QMİ-dən Ümrə ziyarəti ilə bağlı açıqlama:”Səudiyyə Ərəbistanı ilə hələ müqavilə imzalanmayıb”

0
5
Azərbaycandan Ümrə ziyarətinə getmək arzusunda olanların sənəd qəbulunun nə zaman aparılacağı hələ məlum deyil.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) “Report”un sorğusuna cavab olaraq bildirilib ki, QMİ və Səudiyyə Ərəbistanı arasında Ümrə ziyarəti ilə bağlı müqavilə imzalanmayıb: “Müqavilə imzalanmadığı üçün builki Ümrə qiymətləri, səfərin tarixi haqqında dəqiq məlumat yoxdur. Prosesin noyabr ayında başlanılacağı nəzərdə tutulur”.

QMİ-dən o da bildirilib ki, İdarənin təşkilatçılığı ilə İraqın şəhərlərinə ziyarətə gedən ilk qrup qayıdıb: “Səfər çox yüksək səviyyədə keçib. İmam Hüseynin şəhadətinin 40-cı günü münasibətilə Kərbala və digər müqəddəs şəhərlərə ziyarət nəzərdə tutulmayıb. Səbəb yeni qrupun yaranmamasıdır. Bu ərəfədə ziyarət qiyməti baha olur. Növbəti qrupun dekabr ayında getməsi nəzərdə tutulur”.