ABŞ Senatındakı demokratların lideri Çak Şumer prezident Donald Trampı “Twitter”də yazmağı dayandırmağa və amerikalıların problemlərini həll etməyə başlamağa çağırıb.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Ç.Şumer jurnalistlərə açıqlamasında bildirib.
“Prezident Tramp “Twitter”də yazmağa son qoyaraq, yaşamağa başlamalıdır. Biz bu prezidentdə liderlik müşahidə etmirik. Onun işi-gücü ancaq “Twitter”də yazmaq və problemləri qabartmaqdır. Amerikalılar istəmirlər bunu”, – deyə o jurnalistlərə bildirib.
“İstərdik ki, prezident çoxsaylı düşmən axtarmaqdansa, amerikalıların problemlərini həll etməyə başlamasın”, – deyə Şumer qeyd edib.
APA